Qusar rayonunda piyadaların təhlükəsizliyi üçün səki düzəldilir. Bu barədə ShimalNews-a 24 avqust tarixində məlumat daxil olub.

Hazırda işlər Mahmud Əbilov küçəsində aparılır. Yolun iki kənarının yalnız birində piyada səkisi mövcud idi.

“Məcbur olub hər dəfə avtomobil yolu ilə hərəkət edirdik. Çoxsaylı müraciətlər əsasında piyadalar üçün yeni səkilər düzəldilir”, – deyə sakin bildirib.

İşlər Qusar RİH tərəfindən həyata keçirilir.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News