Bu gün Xaçmazlı şəhid Fərid Seyfullayevin anadan olduğu gündür. Bu barədə ShimalNews 23 avqust tarixində Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə istinadən məlumat verir.
29 yaşlı MAXE Fərid Seyfullayev Vətən müharibəsində igidlik və mərdlik göstərərək Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
O, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Fərid ailəli idi, Ayla və Səma adlı övladları vətənə əmanət qalıblar.