Qusar RİH-nin başçısı vətəndaşları qəbul edib. Bu barədə ShimalNews 20 avqust tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.

Növbəti səyyar qəbul Gilahoba kəndində baş tutub. Şair Alxasov görüş zamanı kənd sakinləri tərəfindən səsləndirilən sualları dinləyib, onları narahat edən problemlərin həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verib. Qaldırılan bir sıra məsələlərlə bağlı sakinlərə müvafiq izahatlar verilib.

Qəbulda RİHB Aparatının məsul şəxsləri və bir sıra idarə və müəssisələrin rəhbərləri də iştirak ediblər.