Qubada yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Bu barədə ShimalNews 20 avqust tarixində Report-a istinadən xəbər verir.

“Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb”, – fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

Məlumata görə, hazırda həmin ərazilərə FHN-in 3 avtomobili və 1 helikopteri cəlb edilib.

Rayonunun digər hissələrində isə yanğın artıq lokallaşdırılıb. Yanğın nəticəsində ümumilikdə 500 hektar meşə fonduna ziyan dəyib.