Qusarda “Narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin rolu” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 19 avqust tarixində Xaçmaz RMİ-yə istinadən məlumat verir.

Tədbir Qusar rayon MKS-nin İmamqulukənd kənd kitabxana filialında təşkil edilib. Görüş zamanı “Ağ ölüm” ilə mübarizədən danışılıb. İştirakçılara ölkəmizdə narkomaniyanın və narkobiznesin yayılmasının qarşısını almaq məqsədilə keçirilən tədbirlər haqqında danışılıb.