Qubanın Xınalıq kənd İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulu keçirilib. Bu barədə ShimalNews 18 avqust tarixində rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Bugünkü görüşdə icra başçısı Ziyəddin Əliyev, rayon polis şöbəsinin rəisi, İctimai Şuranın sədri, bütün idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib. Z.Əliyev qaldırılan məsələlərin həlli üçün aidiyyəti şəxslərə lazımi tapşırıqlar verib.