Xaçmazda fındıq dərimi mövsümü başlayıb. Bu barədə ShimalNews 16 avqust tarixində məlumat verir.

Hal-hazırda səyyar alış məntəqələrində 1 kq fındığı 2.40 manata alırlar. Fındıq emalı zavodlarında isə 1 kq məhsul üçün 2.50-2.60 manat qiymət müəyyən edilib.

Fermerlərin sözlərinə görə, fındığın qiyməti keçən illə müqayisədə xeyli aşağıdır və bir az da ucuzlaşacağı ehtimalı var. Çünki məktəb başladıqda ailə büdcəsindən xərclər artacaq. Bu isə, öz növbəsində, bazara daha çox məhsulu çıxarmaq məcburiyyətinə sövq edəcək.