Xaçmazda aşma təhlükəsi olan böyük ağac kəsilərək ərazidən kənarlaşdırılıb. Bu barədə ShimalNews 16 avqust tarixində məlumat verir.

M.Ə.Rəsulzadə küçəsində yaşayanların sözlərinə görə, həmişəyaşıl ağac əyilmişdir və külək onu hər an aşıra bilərdi.

Müvafiq qurum tərəfindən küçədə hərəkət müvəqqəti məhdudlaşdırılıb, əraziyə canlı qüvvə və texnika cəlb edilərək kəsim işləri icra olunub. Daha sonra iş prosesində əmələ gələn fəsadlar aradan qaldırılıb və yolda hərəkət bərpa olunub.

Sakinlər eləcə də digər ağacın kəsilməsi üçün müraciət ediblər. Cavab olaraq bildirilib ki, nəzərdə tutulan ağac üçün əlavə icazə alınmalıdır.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News