Xaçmaz rayonunda icra başçısı Yeni Həyat qəsəbəsində səyyar qəbul keçirib. Bu barədə ShimalNews 16 avqust tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Görüşdə Elnur Rzayevlə yanaşı yerli hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər. Burada adıçəkilən qəsəbə və Həbibkənd kəndinin sakinlərinin müraciətləri dinlənilib.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, ərazidə yeni bağça binasının inşa edilməsi, məktəbin əsaslı təmiri və digər sosial məsələləri gündəmə gətiriblər.

İcra başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini dinləyib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.