“Samur” gömrük postunda yük nəqliyyat vasitəsində spirtli içki aşkar edilib. Bu barədə ShimalNews 16 avqust tarixində Dövlət Gömrük Komitəsinin səhifəsinə istinadən məlumat verir.

“DAF” markalı yük avtomobili Rusiya Federasiyası istiqamətindən gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olub. Yoxlanış zamanı 0,7 litrlik qablaşdırmada 50 ədəd “Beluga Transatlantic” markalı spirtli içki aşkar edilib. Butulkalar avtomobilin yük yerində olan soyuducu ilə dəmir örtüyün arasında gömrük nəzarətindən gizlədilmişdir.

Araşdırma aparılır.