Qusar rayonundan olan 9 şagird qəbul imtahanında ən yüksək nəticə göstərib. Bu barədə ShimalNews 16 avqust tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

Ən çox bal toplayan abituriyentlərin siyahısını təqdim edirik:

  • Murad Pirnəzərov IV qrup üzrə 643 bal (1 nömrəli tam orta məktəb);
  • Nahid Tacəddinov I qrup üzrə 639 bal (1 nömrəli tam orta məktəb);
  • Sərfi Həbibova I qrup üzrə 638 bal (Yuxarı Zeyxur kənd tam orta məktəbi);
  • Qəmbər Nağıyev I qrup üzrə 632 bal (2 nömrəli tam orta məktəb);
  • Yüzəmməd Əzizov I qrup üzrə 632 bal (İmamqulukənd kənd tam orta məktəbi)
  • Maina Əzizova I qrup üzrə 625 bal (Yuxarı Zeyxur kənd tam orta məktəbi);
  • Anita Mustafayeva I qrup üzrə 604 bal (Aşağı Ləgər kənd tam orta məktəbi);
  • Səma Həsənova I qrup üzrə 603 (Çiləgir kənd tam orta məktəbi);
  • Mehriban Əziyeva III qrup üzrə 602 bal (2 nömrəli tam orta məktəb).