Qusarlı gənclərə internet vasitəsilə ticarətlə məşğul olmaq üzrə kurslar təşkil olunub. Bu barədə ShimalNews 16 avqust tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinə istinadən məlumat verir.

Onlayn biznesin bir sahəsi olan təlimin adı “Dropshipping kursu”dur. İlk dərsdə “Ebay tanıtımı”, “Ebay hesabının yaradılması”, “Klassik yolla məhsul analizi”, “Ebay ödəmə hesablanması” mövzuları haqqında ətraflı məlumat verilib. Bundan sonra gənclər öz hesablarını yaradıblar.

Bu təlim həftənin 2 və 4-cü günləri saat 11:00-da keçirilir. Onlayn biznesə marağı olan gənclər təlimə qatıla bilərlər.