Qubada yolların təmir-bərpa işləri davam etdirilir. Bu barədə ShimalNews 16 avqust tarixində məlumat verir.
Hazırda işlər Nadir İbrahimov küçəsində aparılır. Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası cəlb edilib.
Adıçəkilən küçədə asfalt örtüyünün dağılmış yerləri qazılaraq yenidən yamaqlanıb.
