Qubanın Nütəh kəndinin sakini ilanlarla davranmağın yolunu tapıb. Bu barədə ShimalNews 16 avqust tarixində Bizim.media-ya istinadən məlumat verir.

İftixar Əsgərov deyir ki, o bir neçə il çöldə təsərrüfat işləri ilə məşğul olarkən zəhərli ilanla rastlaşıb. O, ilanı heç vaxt öldürmək fikrində olmayıb. Əksinə, ilanlarla rastlaşanda onlarla səmimi rəftar edir. Onun sözlərinə görə, hər hansı canlıya zərər vermək təbiətin gözəlliyini pozur.

Söhbət zamanı o, yaxınlıqda olan ilanın quyruğundan tutaraq şəklini çəkib yenidən təbiətə buraxıb.