Nabranda yerləşən istirahət mərkəzində yay düşərgəsi təşkil olunub. Bu barədə ShimalNews 16 avqust tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Düşərgəyə qazi və aztəminatlı ailələrin övladları, yaradıcı və istedadlı gənclər qatılıblar. Gənclərin bir-birini tanıması üçün “Tie game” adlı enercayzer-oyun keçirilib. Yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etmək məqsədilə gün ərzində əyləncəli oyunlar, maraqlı təlimlər, futbol, voleybol, badminton üzrə yarışlar keçirilib.

“Raduga” istirahət mərkəzində təşkil edilən düşərgədə 40 uşaq, yeniyetmə və gənc iştirak edib.