Xaçmaz KOBİM “Vergi qanunvericiliyi və hesabatlılıq” mövzusunda növbəti təlim keçirəcək. Bu barədə ShimalNews 16 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat verir.

Seminar avqustun 26-ı, saat 10:00-da İlkin Dövlətovun təqdimatında baş tutacaq. Tədbirdə iştirak ödənişsizdir.

Qeydiyyata düşmək üçün 055 225 35 71 nömrəsi ilə əlaqə saxlamaq olar.

Bu cür tədbirlərdə mikro, kiçik və orta sahibkarlar üçün hesabatların hazırlanması, vergi bəyənnamələrinin doldurulması, www.e-taxes.gov.az portalından istifadə qaydaları və digər suallar cavablandırılır.