ADPU-nun əməkdaşları “Heydər Əliyev” və “Atatürk” zirvələrinə qalxıblar. Bu barədə ShimalNews 16 avqust tarixində universitetə istinadən məlumat verir.

ADPU-nun Quba filialının bir qrup əməkdaşı Böyük Qafqazın Başdağ silsiləsindəki Qızılqaya massivində yerləşən, ulu öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu M. K. Atatürkün xatirələrinə adlanan zirvələrdə olublar.

Quba filialının direktor köməkçisi Mürvət Əliyev, İKT şöbəsinin müdiri Yusif Abayev, Strateji məsələlər üzrə məsləhətçi Şəhriyar Laçınov, İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Sərxan Ağası Azərbaycan və ADPU-nun Quba filialının bayraqlarını zirvədə dalğalandırıblar.

“Heydər Əliyev” zirvəsi dəniz səviyyəsindən 3751, “Atatürk” zirvəsi isə 3756 metr yüksəklikdə yerləşir.