Quba Rayon Prokurorluğu ölmüş bilinən şəxslə bağlı araşdırmalara başlayıb. Bu barədə ShimalNews 15 avqust tarixində Report-a istinadən məlumat verir.

Rusiyada yaşayan Abil Zeynalov sağ olmasına baxmayaraq, Quba Rayon Məhkəməsi tərəfindən 9 sentyabr 2011-ci il tarixdə qətnamə qəbul edilib.  Bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən Zeynalovun ölümü haqqında akt tərtib edilib.

Hazırda Prokurorluqda arxiv və digər sənədlərin həqiqiliyini və qanuniliyini müəyyən etmək məqsədilə araşdırma aparılır.

Daha öncə 67 yaşlı Abil Zeynalov haqda məlumat vermişdik.