Xaçmazda batan 2 gəncin meyiti sudan çıxarılıb. Bu barədə ShimalNews 13 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Məlumata görə, suda boğulanların Qubanın Püstəqasım kənd sakini, 26 yaşlı Eşqin Nəzirov və Gəray kənd sakini, 18 yaşlı Məhəmməd Mahmudov olduqları müəyyən edilib. Onların cəsədləri xilasedicilər tərəfindən sudan çıxarılıb.

Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.