Xaçmaz rayonunda 2 nəfər dənizdə boğularaq vəfat edib. Bu barədə ShimalNews 13 avqust tarixində məlumat verir.

Əldə olunan ilkin məlumata görə, hadisə Niyazoba kəndi ərazisində baş verib. Quba rayonunun Püstəqasım kənd sakini – 26 yaşlı Eşqin Nəzirov və Gəray kənd sakini 18 yaşlı Məhəmməd Mahmudov dənizdə üzərkən boğulublar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb edilib.

Araşdırma aparılır.