Məscid Quba rayonunun Xanəgah kəndində yerləşir. İbadətgah XIX əsrdə inşa olunub.

Xanəgahlı tarix elmləri doktoru, mərhum İlyas Babayev məscidlə bağlı xatirələrini bölüşmüşdür: “Kəndimizin məscididir. Mən uşaq olanda istifadə edilmirdi. Amma məscid salamat idi. Yerli əhali tikib, inqilaba qədərki dövrdə tikilib…”. Onun dediklərinə görə, burada iki yazılı kitabə də var idi.

Sovet dövründə məscid anbar kimi istifadə olunub, burada un, buğda məhsulları yığılırdı. Daha sonra ibadət evi dağıntılara məruz qalmışdır.

Kənd sakinləri bir neçə dəfə ibadətgahı təmir etsələr də, bir müddət sonra külək və yağışlara görə məscid sökülməyə başladı.

Məscidin tavanının tikintisində taxtadan istifadə edilmiş, abidənin üstü kirəmitlə örtülmüşdür. İbadətgahın yeganə minarəsi tavanın mərkəzi hissəsində quraşdırılmışdır.  Divarlarda naxışlar və ya digər ornamental görüntülər yoxdur.

Tarixi abidə yerli əhəmiyyətli hesab olunur. Hazırda ibadət evi qəzalı vəziyyətdədir və fəaliyyət göstərmir.

Photo Shimal.News
Photo Shimal.News

 

 

İstinad edilən mənbələr: