Qusarda yaşlı kişi motosikletlə qəzaya düşüb. Bu barədə ShimalNews 11 avqust tarixində məlumat verir.
Hadisə Hil kəndində, avqustun 10-nu gecə saat 23:30 radələrində baş verib. Məlumata görə, Piral kənd sakini idarə etdiyi avtomobil ilə motosikletdə olan Yaliddin adlı kənd sakinini vurub.
Xəsarət alan Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin olaraq, yaşlı kişinin ayağının sındığı və bədənində müxtəlif dərəcəli xəsarətlərin olduğu deyilir.
Araşdırma davam edir.