Qusar rayonunda “Gənclər düşərgəsi” təşkil ediləcək. Bu barədə ShimalNews 11 avqust tarixində sosial şəbəkələrdə yayılan məlumata istinadən xəbər verir.
11-16 avqust tarixlərində gənclər üçün natiqlik mövzusunda düşərgə yaradılacaq. Burada “Əylənərək öyrənirik” prinsipi əsasında qeyri-formal təhsil alətləri vasitəsilə gənclərə fərdi və peşəkar inkişaf üçün dəstək göstəriləcək.
Düşərgə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığl ilə həyata keçiriləcək.