Qusar rayonunda üzərinə ağac düşən 83 yaşlı kişi vəfat edib. Bu barədə ShimalNews 11 avqust tarixində Report-a istinadən məlumat verir.

Avaran kəndindən olan Yanvar Qaraxanov evinin yaxınlığındakı meşədə olduğu zaman onun başına ağac düşüb. Nəticədə o, baş və bədən nahiyələrindən ağır xəsarətlər almışdır.

Yaralıya tibbi yardım göstərilmiş və o, koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilmişdir.

Faktla bağlı araşdırma davam etdirilir.