Quba şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews-a 11 avqust tarixində məlumat daxil olub.

Qəza avqustun 10-nu, saat 19:45 radələrində H.Əliyev prospekti ilə Qələbə küçəsinin kəsişməsində baş verib. “Lada Granta” markalı avtomobil velosiped sürən uşağı vurub.

Şahidlərin sözlərinə görə, xəsarət alan avtomobil sürücü tərəfindən dərhal xəstəxanaya çatdırılıb.