Qubada fəaliyyət göstərən “Kontakt” mağazalar şəbəkəsi endirim festivalı elan edib. Bu barədə ShimalNews 11 avqust tarixində Qafqazinfo.az-a istinadən məlumat verir.
Tədbir şirkətin ad günü münasibətilə avqustun 12-dən 20-dək təşkil ediləcək. Burada 10.000-dən çox məhsula 50%-dək endirim olacaq. Həmçinin endirimli qiyməti 3 aya bölməyə və ya 24 ayadək faizsiz taksit şərtlərindən yararlanmağa mümkün olacaq.
Kampaniya günlərində böyüklərlə bərabər mağazaların balaca ziyarətçilərini də ürəkdən sevindirəcək. Belə ki, avqustun 13-ü mağazaya gələn uşaqlara şarlar da hədiyyə olunacaq.
Qiymətlər haqqında bildirilib ki, istənilən məhsulu digər rəsmi şəbəkələrdə daha ucuz tapsanız, qiymət fərqinin 120%-i qədər endirim əldə edəcəksiniz. Hətta məhsul aldıqdan sonra kampaniyadan xəbərdar olsanız, 14 gün ərzində qiymət fərqinə 120% endirim ala bilərsiniz.
Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzinə zəng edə, həmçinin şəbəkənin sosial media hesablarına yazaraq suallarınızı ünvanlaya bilərsiniz.