Xaçmazda “Gender məlumatlılığı və həssaslığı” mövzusunda təlim keçiriləcək. Bu barədə ShimalNews 10 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat verir.

Seminar avqustun 11-i saat 10:00-da Malik Əmirxanovun təqdimatında baş tutacaq. Tədbirdə iştirak ödənişsizdir.

Qeydiyyatdan keçmək üçün 055 225 35 71 nömrəsi ilə əlaqə saxlamaq olar.

Bu kimi tədbirlərdə cəmiyyətdə qadın və kişilərin roluna aid mövcud gender stereotipləri müzakirə edilir. Eləcə də sahibkarlar burada əldə etdikləri bilikləri öz fəaliyyətlərində və, o cümlədən gündəlik həyatlarında tətbiq etməyi öyrənirlər.