Xaçmaz rayonunda atasını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə ShimalNews 10 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Hadisə Niyazobad kəndində baş verib. Kənd sakini Pərvin Nemətov münaqişə zəminində atası Hacıkərimi bıçaqlayaraq qətlə yetirib.

İstintaq orqanı tərəfindən Pərvin Nemətov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Aynur Rzayevanın icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.