Şimal bölgəsində oduncaq satışı üzrə hərrac başlayır. Bu barədə ShimalNews 10 avqust tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.

Hərrac sentyabrın 9-da, saat 10:00-da keçiriləcək. Əvvəlcədən oduncağa yerində baxış keçirmək və daşınmasını planlaşdırmaq məqsədəuyğundur. Bunu üçün 055-665-33-46 (Elvin Baxışov) nömrəsinə müraciət etmək olar. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (tel:055-455-34-36) və “Hərracların Təşkili Mərkəzi” (tel: 012-514-31-07) ilə əlaqə saxlamaq mümkündür.

Adıçəkilən prosesdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri ən azı 3 iş günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.

  • Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
  • Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, olduğu halda VÖEN-in surəti;
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin hesabına  behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

Behin köçürülməsi üçün hesab:

VÖEN:1300599171
H/H:AZ79CTRE00000000000008628401
Bank:Dövlət Xəzinədarlıq Agentliyi
Bankın VÖEN-i:1401555071
Kod:210005
M/H:AZ41NABZ013601000000003944
S.W.İ.F.T:CTREAZ22
Büdcə səviyyəsinin kodu1
Büdcə təsnifat kodu142330