Qusarın  83 yaşlı sakini komaya düşüb. Bu barədə ShimalNews 10 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Məlumata görə, Avaran kəndindən olan Yanvar Qaraxanov evinin yaxınlığındakı meşədə olduğu zaman onun başına ağac düşüb. Nəticədə o, baş və bədən nahiyələrindən ağır xəsarət alıb.

Yaralıya tibbi yardım göstərilib və o, koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib.