Xaçmaz rayonunun icra başçısı Elnur Rzayev Nərəcan kəndinin şaftalı bağlarında olub. Bu barədə ShimalNews 10 avqust tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Burada kənd ağsaqqalları və fermerlərlə görüş keçirilib. Elnur Rzayev builki məhsuldarlıqla maraqlanıb. Həmçinin o bildirib ki, yeni meyvə bağlarının salınması və məhsuldarlığın artırılması istiqamətində fermerlərə dövlət dəstəyi davamlı xarakter daşıyır.

Rayon ərazisində ümumilikdə 2900 hektar şaftalı bağı var. Həmin bağlardan 800 hektara yaxını müasir suvarma sistemi ilə təmin olunan intensiv bağlardır. Hər il bağlardan 7 min tondan çox şaftalı toplanır. Yığılan şaftalının böyük hissəsi qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərində yerləşən satış mərkəzlərinə göndərilir.