Xaçmazda keçirilən “Gənclər” düşərgəsi yekunlaşıb. Bu barədə ShimalNews 6 avqust tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Olimpiya Kompleksində təşkil olunan düşərgədə 55-dən artıq şagird iştirak edib. Gənclərin sağlamlığının qorunması və sağlam həyat tərzinə çağırış üçün maraqlı idman və zəka oyunları keçirilib. Eyni zamanda müxtəlif mühəndislik, süni zəka, robototexnika, sahibkarlıq və dron texnologiyası bacarıqlarının artırılması üzrə təlimlər keçirilib.
Layihə Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə baş tutub.