Rəqəmsal inkişaf və nəqliyyat naziri şəhid ailəsini ziyarət edib. Bu barədə ShimalNews 6 avqust tarixində quruma istinadən məlumat verir.

Nazir Rəşad Nəbiyev Quba rayonuna vətəndaşların qəbulu ilə əlaqədar səfər edib. Nazir səfər çərcivəsində şəhid Surxay Mehdiyevin ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb. Görüşdə yaxınları şəhidin Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıblar.

Daha öncə baş tutan vətəndaş qəbulu haqda məlumat vermişdik.