Xaçmazda sakinlər iməcilik işlərinə qoşulublar
Xaçmaz şəhərində iməcilik işləri aparılıb. Bu barədə ShimalNews 5 avqust tarixində şəhər İƏD-ə istinadən xəbər verir.
Şəhərin Mehmandarov və Dağıstan küçələrində təmizlik və abadlıq işləri həyata keçirilib. Küçə boyunca yol kənarındakı otlar biçilir və ərazi məişət tullantılarından təmizlənib. İşlər İƏD üzrə nümayəndəliyin əməkdaşları və sakinlər ilə birgə görülüb.