Xaçmazda “İxtisas Bələdçisi” adlı təlim baş tutub

5 Avqust 2022, 14:58

Foto Xaçmaz GİKM

Məqsəd abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir

Xaçmazda “İxtisas Bələdçisi” adlı seminar keçirilib. Bu barədə ShimalNews Xaçmaz GİKM-ə istinadən xəbər verir.

Təlim zamanı iştirakçılara gələcəyin peşələri, ixtisas üzrə ölkədə və xaricdə təhsil haqqında məlumat verilib.

Seminarda:

  • “Universiteti nəyə əsasən seçməli?”,
  • “Düzgün kodlaşdırma qaydaları”,
  • “Prosesin psixoloji aspektləri”,
  • “Əsas ixtisaslar və onların gələcək perspektivləri”,
  • “VİSA nədir?” mövzuları əhatə olunub.

Burada  gəncləri maraqlandıran suallar cavablandırılıb.

Layihənin keçirilməsində əsas məqsəd gəncləri və valideyinləri müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.