Xaçmaz polis rəisinin adı rüşvət qalmaqalında hallanıb

5 Avqust 2022, 11:49

Foto açıq mənbələrədən

DİN araşdırma aparıb

Sosial şəbəkədə Xaçmaz rayon polis şöbəsinin rəisinin rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb. Bu barədə ShimalNews 5 avqust tarixində Oxu.az-a istinadən xəbər verir.

Yayılan videoda Xaçmaz DYP-nin rəisi, polis mayoru Elnur Quliyevin otaqda əməkdaşları ilə pul müzakirə etdiyi görünür. Bununla bağlı Daxili İşlər Nazirliyində müvafiq araşdırma aparılıb.

“Bəzi sosial şəbəkə seqmentlərində yayılan görüntülər köhnə kadrlardır”, – idarədən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.