Xaçmaz: mədəniyyət işçiləri şəhid Pərvin Məmmədovun ailəsini ziyarət ediblər

5 Avqust 2022, 14:17

Foto Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xaçmazda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb. Bu barədə ShimalNews 5 avqust tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.

Hacıəhmədoba kənd Folklor klubunun və MKS-in Əhmədoba kənd kitabxana filialının əməkdaşları şəhid Pərvin Məmmədovun məzarını ziyarət ediblər. İşçilər məzarın önünə tər çiçəklər qoyublar, şəhidin ruhuna dualar oxuyublar. Daha sonra şəhidin ailəsi ilə görüşüblər.

Məmmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.