Şimalda üstünlük verilən peşə və ixtisaslar müəyyən edilib

5 Avqust 2022, 18:30

Foto açıq mənbələrədən

Dövlət Məşğulluq Agentliyi araşdırma aparıb

Quba-Xaçmaz iqtisadi rayonu üzrə peşə hazırlığı üçün üstünlük verilən peşə və ixtisaslar müəyyən edilib. Bu barədə ShimalNews 5 avqust tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.

Yaxın vaxtlarda Quba rayonunda Peşə Hazırlığı Mərkəzi istifadəyə veriləcək. Bununla bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən ekspres əmək bazarı araşdırması aparılıb. Araşdırma nəticəsində 15 prioritet peşə seçilib:

  • elektron ticarətçi,
  • bərbər,
  • vizajist,
  • manikürçü,
  • lazer ustası,
  • ikinci dairə üzrə elektrik quraşdırıcısı,
  • kompüter şəbəkə inzibatçısı,
  • barmen,
  • barista,
  • aşbaz,
  • çağrı mərkəzi üzrə operator,
  • xərrat-dülgər və parket ustası,
  • CNC operatoru (taxta işləri üzrə),
  • kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər,
  • dağ-xizək turizmi üzrə bələdçi.

Növbəti mərhələdə peşə və ixtisaslar üzrə tədris proqramlarının əsasında təlim-tədris materiallarının hazırlanması nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.