Şimal: avqust ayında sel keçə bilər

5 Avqust 2022, 10:17

Foto Apa.az

Şimal bölgəsi ərazisindən axan çaylardan sel keçə bilər. Bu barədə ShimalNews 5 avqust tarixində Apa-ya istinadən xəbər verir.

“Bu hal avqust ayı üçün xarakterikdir. Quba-Xaçmaz ərazisindən axan bəzi çaylardan sel keçmə ehtimalı var. Ümumilikdə həmin çaylarda qısamüddətli sel gözlənilir ki, bunun da dağıdıcı olmayacağı ehtimal edilir. Adətən çayın hövzəsinə leysan yağanda belə təbiət hadisəsi 40 dəqiqə civarında davam edir”, – deyə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.