Qusar: 100-ə yaxın ailənin yaşadığı küçə asfaltlanmayıb

5 Avqust 2022, 14:40

Photo Shimal.News

Bu hal Həzi Aslanov küçəsində müşahidə olunur

Qusarda sakinlər küçənin natamam asfaltlanmasından narazıdırlar. Bu barədə ShimalNews-a 5 avqust tarixində izləyicilərdən məlumat daxil olub.

Bu hal Həzi Aslanov küçəsində müşahidə olunur. 100-ə yaxın ailənin yaşadığı küçənin təqribən yarısı asfaltlanmayıb.

“Qabaqdan payız fəsli gəlir. Yağış yağandan sonra yol keçilməz olur. Aidiyyəti qurumlara müraciət etmişik, lakin hələ də tədbir görülməyib”, – deyə sakinlər bildiriblər.

Photo Shimal.News

Photo Shimal.News

Photo Shimal.News

Photo Shimal.News

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.