O, 54 kq çəki dərəcəsində mübarizə aparacaq
Qubalı idmançı 5-ci İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Bu barədə ShimalNews 5 avqust tarixində Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Türkiyənin Konya şəhərində keçiriləcək turnirdə taekvondoçu Səyyad Dadaşov baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək. O, 54 kq çəki dərəcəsində mübarizə aparacaq.
Yarışın rəsmi açılış mərasimi avqustun 9-da olacaq və cari ayın 18-dək davam edəcək.