Qubada pavlovniya bitkisinin yetişdirilməsinə başlanılıb

5 Avqust 2022, 17:44

Foto Apa.az saytı

Ağacın vətəni Çindir

Quba rayonunda pavlovniya bitkisinin yetişdirilməsinə başlanılıb. Bu barədə ShimalNews 5 avqust tarixində Apa-ya istinadən xəbər verir.

Az qulluq tələb edən bu ağac Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində yetişdirilir. Bir çox sahələrdə, xüsusilə mebel sənayesi və dekorativ bitkiçilikdə istifadə olunur. Bu bitkinin kütləvi çoxaldılmasına nail olmaqla mebel sənayesində xaricdən alınan materialın qismən qarşısını almaq mümkün olacaq. Çox sürətli böyüməsi ilə tanınan pavlovniya ağacı ildə təxminən 3-4 metr boy atır.

Ölkəmizdə hələ çox tanınmayan pavlovniya ağacının vətəni Çindir. Orta ömrü 70 il olan bir ağacdır. Yarpaqları zülalla zəngin ağacın çiçəkləri bənövşəyi, ətirli, boruşəkilli və salxım şəklində olur. Bu gözəl çiçəkləri may ayında müşahidə etmək mümkündür.

Foto Apa.az saytı

Foto Apa.az saytından

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.