Qubada “İdman hamı üçün” devizi ilə nümunəvi çıxışlar keçirilib

5 Avqust 2022, 16:16

Foto Quba Gənclər İdman İdarəsi

Tədbir 28 May Mədəniyyət və İstirahət parkında baş tutub

Quba şəhərində yeniyetmələr və gənclərin iştirakı ilə idman tədbiri keçirilib. Bu barədə ShimalNews 5 avqust tarixində rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

“İdman hamı üçün” devizi ilə keçirilən tədbir 28 May Mədəniyyət və İstirahət parkında baş tutub. Burada kikboksinq idman növü üzrə nümunəvi çıxışlar keçirilib. Tədbirdə müxtəlif idman normativlərini yerinə yetirən idmançılar sertifikatlarla təltif ediliblər.

Layihənin təşkilində məqsəd idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilindən ibarətdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.