Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qubada vətəndaşları qəbul edib. Bu barədə ShimalNews 5 avqust tarixində quruma istinadən xəbər verir.
Görüşdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Qaldırılan məsələlərin bir qismi dərhal həllini tapıb.
Daha öncə qəbulun keçiriləcəyi haqda məlumat vermişdik.