Qəbul Çarxı kəndində baş tutub
Xaçmazın icra başçısı Elnur Rzayev növbəti səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 5 avqust tarixində rayon İH-yə istinadən məlumat verir.
Görüş Çarxı kəndində baş tutub. İştirakçılar əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər yeni salınan yaşayış massivinin qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, içməli və suvarma suyu ilə təchizat və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
E.Rzayev sakinləri narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.