Xaçmazda gəmi istifadəçiləri maarifləndirilib

4 Avqust 2022, 13:39

Foto FHN

Tədbir FHN tərəfindən təşkil olunub

Xaçmazda gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 4 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbir Nabran qəsəbəsində baş tutub. FHN-in əməkdaşları iştirakçılara bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat veriblər. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələr ilə bağlı da maarifləndiriliblər.

Sonda iştirakçılara təhlükəsiz istismar qaydaları haqqında broşürlər paylanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.