Yığıncaq avqustun 23-ü baş tutacaq
Xaçmazda “Kənd təsərrüfatı məhsullu istehsalçılarının saxlanc və satışla bağlı çətinliklərinin öyrənilməsi” mövzusunda görüş keçiriləcək. Bu barədə ShimalNews 4 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat verir.
KOBİA-nın təşkilatçılığı ilə keçirilən tədbir avqustun 23-ü saat 11:00-da Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində baş tutacaq. Toplantıda aşağıda adıçəkilən qurum və təşkilatların məsul şəxsləri iştirak edəcək:
- Kənd Təsərrüfatı Nazirliyi;
- Dövlət Gömrük Komitəsi;
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi;
- Xaçmaz Rayon İcra Hakimiyyəti;
- Əmlak Məsələləri Dövlət Xidməti;
- Aqrar Kredit və İnkişaf Agentliyi;
- Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzi;
- Dövlət Taxıl Fondu;
- “Aqroservis” ASC;
- İqtisadiyyat Nazirliyi Quba-Xaçmaz Regional Bölməsi;
- Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası;
- Azərbaycan Toxumçular Assosiasiyası;
- Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası;
- Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası;
- Müvəkkil kredit təşkilatları;
- Müvafiq sahibkarlıq subyektləri.
Əlaqə vasitələri: (055) 200 03 79; [email protected]