Xaçmaz: icra başçısı şəhid Sərxan Mirzəmmədovun ailəsi ilə görüşüb

4 Avqust 2022, 9:42

Foto Xaçmaz RİH

Xaçmazın icra başçısı Elnur Rzayev şəhid ailəsini ziyarət edib. Bu barədə ShimalNews 4 avqust tarixində rayon İH-yə istinadən məlumat verir.

İcra başçısı Mirzəmmədoba kəndində şəhid Sərxan Mirzəmmədovun ailəsi ilə görüşüb. Səmimi söhbət zamanı şəhidin şərəfli döyüş yoluna nəzər yetirilib. Eləcə də ölkəmizdə şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən dövlət qayğısından danışılıb.

Xüsusi təyinatlı dəstənin kiçik çavuşu kimi döyüşlərə qatılan qəhrəmanımız Talış, Suqovuşan və Xocavəndin düşmən tapdağından azad olunmasında şücaət göstərib.

Mirzəmmədov ölümündən sonra:

  • “Suqovuşanın azad olunmasına görə”,
  • “Xocavəndin azad olunmasına görə”,
  • “Vətən uğrunda”,
  • “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.