Reyhan Topçubaşovanın diplom işi olan məşhur “Toy” əsəri

4 Avqust 2022, 12:45

Foto açıq mənbələrədən

Bu əsər milli ruh, ənənəyə bağlılığı təsvir edir

1935-ci ildə kətan üzərində yağlı boya ilə çəkilmiş “Toy” əsəri Reyhan[1] xanımın diplom işi olmuşdur. O, bu əsəri 1936-cı ildə sərgidə nümayiş etdirib. “Toy” əsəri hazırda Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə olunur.

Bu əsərdə Azərbaycan xalqının milli adət-ənənələrini, etnoqrafik əlamətlərini əks etdirən qədim toylardan biri təsvir olunub. Bütün fiqurlar milli toy geyimlərində göstərilir. Bu əsər milli ruh, ənənəyə bağlılığı təsvir edir.

Rəqs edən qadınlar, qızlar, mərkəzdə oynayan başı və üzü bağlı gəlin, yerdə oturub dedi-qodu edən qohumların hamısı öz aləmindədir. Bu muhitdə yaşayan insanlar sevinirlər, rəqs edərək əylənirlər. Bu mühit o dövrün cəmiyyətinin əksidir.

Medeniyyet.az saytında əsərin məzmunu belə verilib: “Toyxanadır, burada ancaq musiqiçilər və qadınlar göstərilir. Ortada gəlin ayaq üstə durmuş, üzü zərli örtüklə örtülmüşdür. Məclisdə bir qadın oynayır və sazəndələr üçün “şabaş” yığır”.

Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olub. O, Azərbaycanın ilk qadın rəssamlarından biri, həmçinin cərrah, ictimai və dövlət xadimi Mustafa bəy Topçubaşovun həyat yoldaşı idi.

İstinad edilən mənbələr:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.