Tədbirdə “Vətən naminə” sənədli filmi nümayiş olunub
Quba rayonunda “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda seminar keçirilib. Bu barədə ShimalNews 4 avqust tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Tədbir DQİDK-nin Quba bölgəsi üzrə şöbəsi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Talabıqışlaq kəndində baş tutub. Seminarda sözügedən təşkilatçıların səlahiyyətli nümayəndələri, ağsaqqallar, ziyalılar, din xadimləri və gənclər iştirak ediblər. Burada “Vətən naminə” sənədli filmi nümayiş etdirilib. Çıxış edənlər Azərbaycançılıq ideologiyasının yaranmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan danışıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb.